Bu və ya digər sosial şəbəkədən birimizə mesaj gələndə, kimdən gəlib, nə yazılıb deyə həmən maraqlanıb baxırıq. Bəzən bu o həddə gəlib çatır ki, davamlı olaraq mesajlara baxmaq bir sosial media xəstəliyinə çevrilir. Əslində mesaj kəlməsi məktub, iltimas, xəbərdarlıq kimi mənalara da gəlir ki, bu mənada biz ilahi kəlam olan Qurana da Kainatın Sahibi (c.c) tərəfindən insanlara göndərilən bir mesaj deyə bilərik.
Bəli, biz insanlara Uca Rəbbimizdən (c.c) 600 səhifəlik bir mesaj gəlib. Sonuncu Peyğəmbər Həzrət Muhəmməd də (s.ə.s) o mesajın yaşayan canlı nümunəsi olmuşdur. Rəbbimizdən bizim üçün gələn sonuncu 600 səhifəlik kitabında nələr yazılıb? Heç bu barədə maraqlanmışıqmı?
Görəsən kompüter, planşet və ya telefonlarımıza “Play Store”dan müxtəlif proqramlar, oyunlar və s. yüklədiyimiz kimi, Quran oxumağı öyrənmək üçün əlifba proqramı, Quran məalı, ya da hər hansı Quran təfsiri də endirmişikmi? Ya da internetdən telefonlarımıza endirdiyimiz Quranı həyatımıza nə qədər endirmişik? Evimizdə divarda asılı olan, ya da evin ən yüksək köşəsində duran Quran masamızın üzərinə neçə dəfə enib?
Hansı oyunçunun hansı komandaya nə qədər məbləğə və neçə illik transferi, hansı komandanın rəqibinə bir oyunda neçə qol vurması haqqında və s. bu kimi mövzularda ixtisasımızdan asılı olmadan çox geniş məlumata sahibik. Bəs görəsən, misal üçün Yusif surəsi nədən bəhs edir? Bunu bilirikmi? Elmə məlum olan və hələ məlum olmayan ayələr bizdə hansı təəssüratlar oyadır?
İslamiyyətdən əvvəl şeirləri qızıl hərflərlə yazılaraq Kəbə divarına asılan məşhur ərəb şairlərindən Ləbid ibn Rabia müsəlman olduqdan sonra şeir yazmır. Bir gün Həzrət Ömər (r.a) Ləbin ibn Rabiaya məktub göndərərək şeir yazmasını istəyir. Heç bir bəşər sözünə bənzəməyən Quran qarşısında heyran qalan şair: “Quranı tədqiq etməklə məşğulam” deyərək Həzrət Ömərdən (r.a) gələn məktubun arxasına Bəqara surəsinin son üç ayəsini yazaraq yenidən xəlifəyə göndərir. Gələn cavab Həzrət Öməri (r.a) çox məmnun etmişdi.
Ləbid ibn Rabia misalında olduğu kimi, Quran ayələri bədii üslubu ilə ərəblərin dahi şairlərini heyran qoyur, hətta bəzən ayələrin ecazkarlığı qarşısında müsəlman olmayan ərəblər belə Quranın ecazkarlığı qarşısında səcdəyə qapanırdılar. Bədii üslub baxımından Quranın ecazkarlığı ərəb ədəbiyyatının dahilərini heyran qoyduğu kimi, Quranın elmi icazkarlığı, elmi həqiqətlərdən xəbər verməsi də günümüzün elm xadimlərini heyran qoyur.
Azyaşlı uşaqlar qısa bir vaxtda Quranı ərəb əlifbası ilə oxumağı öyrənə bilir. 60-70 yaşındakı bir nənəmiz və ya babamızın qəlbinə Quran oxumaq sevgisi düşür və onu ixtiyar yaşında öyrənə bilir. Quranı başdan sona əzbərləyən insanlara (hafizlərə) baxsaq, əslində onlarda bir o qədər də qeyri-adilik görmərik. Ancaq burada qeyri-adilik axtarırıqsa, bu Quranın özündədir, çünki dünyada azyaşlısından ixtiyarına qədər bir çox irq və millətdən minlərlə insanın hafizəsinə həkk olunan tək bir kitab var: Qurani-Kərim.
Dilimizdə “yad yerdə olan”, “özgə yerli”, “gəlmə” və s. kimi məna verən “qərib” kəliməsi vardır. “Qərib” kəlməsi Allah Rəsulunun (s.ə.s) kəlamlarında Quran haqqında bu şəkildə istifadə olunub; “...Quran, oxunmadığı evdə qəribdir. Quran, günahkar bir şəxsin qəlbində qəribdir...”. Yəni yad yerdədir, özgə məkandadır... Qurani-Kərim evlərimizdə qəriblikmi yaşayır? Yoxsa Quran bir vadidə, biz başqa vadidəyik?
İslam dünyasında elmi partlayış, intibah və ronessans Avropadakındən daha əvvəl baş vermişdi. Hətta Avropadakı ronessansa səbəb olan da, elə məhz İslam dünyasındakı intibah və elmi oyanış idi. İslam dünyasındakı elmi oyanışın başlıca amili də Qurani-Kərimdir.
Bəs sonra nə oldu? Elmə doğru gedən həyəcan və istək atımız büdrədi.. Elmi oyanış və intibah dövrünü biz müsəlmanlar başlatmış olsaq da, estafeti Avropaya qapdırdıq. Quran bu gün müsəlmanların əlində olduğu kimi, ondakı elmlər də biz müsəlmanların əlində, evində, universitetlərində olarsa, Quran aramızda qəriblik yaşamaz. Beləcə elmi oyanış və intibah bayrağını biz yenidən özümüzə qaytara bilərik...
Yadımdadır, bir konfransda məruzəçi alim səhabələrdən Əbu Hureyrənin (r.a) Həzrət Peyğəmbərimizdən (s.ə.s) bizə nəql etdiyi hədis sayısını açıqlayarkən: “Əbu Hureyrədən (r.a) 4000-dən çox hədis almışıq”- demişdi. Əslində bu ifadə mənim üçün məsələyə çox fərqli bir baxış olmuşdu. O günə qədər Əbu Hureyrənin (r.a) 4000-dən çox hədis rəvayət etdiyini bilirdim. Ancaq konfransdakı məruzəçi alimin “almışıq” ifadəsi tamamilə başqa məqamlardan xəbər verirdi. Sanki “rəvayət etmək”lə “almaq” arasındakı böyük fərqi o gün anlamışdım.
Əbu Hureyrə də (r.a), digər səhabələr də Həzrət Peyğəmbərimizdən (s.ə.s) müxtəlif sayda hədislər nəql etmişlər. Bəs biz o hədisləri almışıqmı? Məsələnin məğzi bu idi… Nəql olunan hədislər hədis kitablarında vardır, bəs bizim həyatımızda o hədislərdən nə qədəri var?
Qurani-Kərim hissə-hissə 23 ildə Həzrət Peyğəmbərimizə (s.ə.s) endirilmişdir. Quranda 114 surə vardır. Bunlar əksər insanların müsəlman olduğu bir cəmiyyətdə bilinən məsələlərdir. Bəs görəsən Quranın nə qədəri həyatımıza enib? 114 surədən neçəsi həyatımızda var?
Artıq Ramazan ayının girməsinə demək olar bir neçə gün qalıb. Ayələrdə bu aydan bəhs ediləndə Quranın məhz Ramazan ayında endirildiyi vurğulanır (Bəqərə, 2/185). Bu da onu deməyə əsas verir ki, Ramazan ayı, həm də Quranı anlamaq və yaşamaq üçün bir səfərbərlik ayıdır. Gəlin qarşıdan gələn Quran ayı Ramazanda ilahi kəlamı daha yaxşı anlamağa, həyata ilahi kəlamın bizə təqdim etdiyi perspektivdən baxmağa çalışaq…