ƏLİ ÇƏRKƏZOĞLU

65 yaşa qədər səfərbərlik olsa...

65 yaşa qədər səfərbərlik olsa...

ƏLİ ÇƏRKƏZOĞLU
Hər bir fərdin, toplumun, xalqın dostu-düşməni olur. Düşmənin də qürurlusu, ləyaqətlisi, mərdi yaxşıdır. Bilirsən ki, sənin düşmənin nəyi edər, nəyi etməz. 200 ildir biz elə bir düşmənlə üz-üzəyik ki, qürur, ləyaqət bir tərəfə qalsın, elementar insanlıq duyğusuna belə sahib deyil. Ağlına gələn, gəlməyən hər cür zülmü, hiyləni, alçaqlığı ondan gözləyə bilərsən. Kimin ağlına gələr ki, körpə bir uşağı divara mıxlayasan, sonra da diri-diri başının dərisini soyasan və saata baxıb gözləyəsən ki, neçə dəqiqə yaşaya biləcək. Ya ananın döşünü kəsib, ağlayan çağanın ağzına basıb boğasan. Ya qaynayan samovarı yaşlı adamın belinə şəlləyib yana-yana can verməsinə tamaşa edəsən. Ya yüzlərlə insanı məscidə doldurub diri-diri yandırasan. Bütün bunlar və bunlardan da betər əməllər bizim başımıza gətirilib, hamısı da ermənilərin əli ilə. Bilməyən bilsin, bizim bu qədər alçaq, zalım, insanlıqdan uzaq düşmənimiz var. Nə qədər zalımdırsa, o qədər də yaltaqdır, ikiüzlüdür. Onlar öz qocasına, ölüsünə sahib çıxmayacaq qədər heysiyyatsızdırlar. Düşmənimizin gücü ağlında, ədalətində, silahında deyil, məkrində, alçaqlığındadır. İstədiyini əldə etmək üçün hər yola baş vurar. İndi də döyüş meydanında ard-arda məğlubiyyətə uğradığına görə tankların, topların, raketlərin ağzını çevirib müharibə zonasından kənardakı şəhər və kəndlərimizə. Dünən Bərdə şəhərinə atılan raketlər 21 insanın ölümünə, 60-dan çoxunun yaralanmasına səbəb oldu. Gəncə, Tərtər, Goranboy şəhərləri və ətraf kəndlər hər gün raket zərbələrinə məruz qalır. Yüyrükdə yellənən, gəlinciyi ilə oynayan körpənin canına qıyacaq qədər zalım düşmən hansı yolla olur-olsun canımızı yandırmaq, bizi sarsıtmaq istəyir. Özü də bu raketləri daha çox Ermənistan ərazisindən atır ki, biz də cavab atəşi ilə həmin nöqtələri susduraq, onlar da bunu əsas tutub Rusiyadan müharəbəyə girməyi tələb eləsin.
Bizim üçün mühüm olan belə bir düşmən qarşısında necə davranmağımızdır. Hər şeydən əvvəl səbirli və təmkinli olmalıyıq. Əmin olmalıyıq ki, biz həm haqlıyıq, həm güclüyük, bu müharibəni də öz xeyrimizə tamamlamağa çox qalmayıb. Planlı şəkildə, heç bir panikaya qapılmadan, nizam-intizamla, soyuq ağılla müharibəni davam etdirməli, bu cür alçaq, məkrli düşmənə müharibənin ən sərt üzünü göstərməliyik. Bəli, biz haqlıyıq, biz güclüyük, qələbə bizimdir inancı ilə və ən başlıcası təmkini itirmədən, soyuq ağılla işimizi görməli, qarşımıza çıxan düşməni layıq olduğu yerə göndərməliyik. Nizam-intizam, qətiyyət, soyuq ağılla düşmənin hər cür planını alt-üst edə bilərik. Yaşlılarımız onların şirin dilini, gülər üzünü və sonda açılan məkrli niyyətlərini yaxşı bilirlər. Uzun illərdir ki, şirin dilləri, yaşlı gözləri, məkrli niyyətləri ilə güclü ölkələrdə bizə qarşı təbliğat aparır, dünyanı öz yalanlarına inandırmaq istəyirlər. Biz əslində dünyanın ədalətini, daha doğrusu, ədalətsizliyini də yaxşı gördük. 27 ildir bizim başımızı qatır, indi də bizi haqsız görürlər. Bu dünyanın üzü heç tüpürməyə də layiq deyil. Ona görə də öz haqqını özün alacaqsan, əzə-əzə, sökə-sökə, düşmənin qanını tökə-tökə, başqa yolu yoxdur. 1987-ci ildən, hələ SSRİ-nin dağılmasından əvvəl bizim yeyib-içdiyimizi burnumuzdan gətirirlər. Bunlar insan deyil, vampirdir, özləri it günündə yaşayır, bizim də ayağımıza dolaşır, əl-qolumuzu bağlayırlar. SSRİ-nin dağılmasından keçən müddət ərzində çox böyük işlər görmək, nə qədər inkişaf etmək olardı. Hər kəs bilir ki, Qarabağ savaşı 1987-ci ildə o vaxtkı Dağlıq Qarabağ vilayətinin erməni rəhbəri Mamuntsun müəmmalı ölümü ilə başladı. Hər kəs də dedi ki, Mamunts ermənilərin iddiasını qəbul etmədiyi üçün öldürüldü. Yəni bunların arasında bir az ağıllı düşünən, ədalətli olmaq istəyən biri varsa, o andaca aradan götürürlər. Bu məlum söhbətdən sonra hadisələr qızışmağa başladı. 33 ildir ki, rahatlığımızı əlimizdən alıblar, həyatımızı istədiyimiz kimi yaşamağa qoymurlar. Artıq bitməlidir, əlimizə düşən bu tarixi imkanı qaçırmaq bizim üçün fəlakət olar. Qarabağ söhbətinə bir dəfəlik son qoymalıyıq, bu bizim üçün ölüm-qalım məsələsidir. Erməni əzilirsə düzəlir, əzilməzsə düzəlməz. Sonuna qədər əzməli, ermənini əzərək öz qabığına soxmalıyıq. Əslində o qabıq da erməni üçün çoxdur, çünki ora da bizimdir. Hələlik bu mərhələdə Qarabağ söhbətinə nöqtə qoyub, növbəti mərhələdə Zəngəzur üçün hazırlıqlı olmalıyıq. Birinci Qarabağ müharibəsindən keçən 26 il ərzində içimizdə bir-birimizi yemişik, uğursuzluğun günahını bir-birimizdə axtarmışıq, bir milyon qaçqınla, torpaqlarımızın 20 faizinin işğalı ilə boynu bükük, başı aşağı yaşamışıq, ürəyimiz açılmayıb, üzümüz gülməyib, itirdiyimiz igidlərin qisasının alınacağı günü gözləmişik. Və o gün bu gündür. Bu zəfəri əlimizdən qaçırsaq, bu xalqın ölüm hökmünə imza atmış olarıq. 65 yaşa qədər səfərbərlik olunmalı, ilk növbədə könüllülər toplanmalıdır. Əminəm ki, Birinci Qarabağ Müharibəsi iştirakçılarının əksəriyyəti könüllü gələcək. Bu iş burada bitməlidir, bütün gücümüzü səfərbər edib sona qədər getməliyik, hər şey bizim xeyrimizədir və biz o uğurlu sona, erməninin diz çöküb yalvaracağı günə qədər irəliləməliyik. Bəzi soydaşlarımız bu işin daha tez bitməsi üçün darıxırlar, amma döyüş şəxsi istəklə tamamlanmır, inanıram ki, ordumuz daha az itki vermək üçün planlı şəkildə, döyüş taktikası ilə irəliləyir. Hər gün yeni-yeni kəndlərimizin azad olunması xəbəri ilə sevinirik, əsgərlərimiz gərək ehtiyatlı olsunlar, azad olunan kənddə hər qapını açmasınlar, hər şeyə əl vurmasınlar, suya, ərzağa toxunmasınlar. Yüz düşmən öldürsək azdır, bir əsgər itirsək çoxdur. Yəqin ki, bir azdan erkəkli-dişili erməni əsirlərimiz də olacaq. Artıq ilk "qaranquş" hırıldaya-hırıldaya bizə təslim olub. Amandır, diqqətli olmalıyıq, nə qədər çətin də olsa, o virusları əsgərimizdən uzaq tutmalıyıq, tədbir, tədbir, yenə tədbir... 
Düşmən əlimizin altında, zəfər bir addımlığımızdadır. Biz tarixdə heç vaxt bu qədər zalım düşmən üzərində bu qədər üstün olmamışıq. Bu üstünlüyü tarixi bir qələbə ilə tamamlamasaq, bu torpaq, bu vətən bizə haram olacaq. Haydı, igidim, ölmək vaxtı deyil, öldürmək vaxtıdır. Sənin davan Haqq davasıdır, Haqq-Taala köməyin olsun!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top