60 yaşım var, hər zaman xalqımın azadlığı, dövlətimizin müstəqilliyi üçün çalışmışam. 80-ci illərin sonlarında başlayan azadlıq hərəkatının tam mərkəzindən keçmişəm, müharibədə olmuşam, heç bir qarşılıq, imtiyaz gözləmədən xalqımın dəyərlərini uca tutmağa, hər yerdə fədakarlığa can atmışam. Amma bu gün övladım yaşında cavanların vətəndaşa qarşı davranışını görəndə üzüntümü ifadə etməyə söz tapmadım. Həm də bu vandallığın, bu quldurluğun dövlətimizin, qanunumuzun adı ilə icra edildiyini görəndə matım-qutum qurudu. Bunlar harada yetişiblər belə? Sübh tezdən camaat yuxuda ikən ev basmaq, vətəndaşı yataqdan götürüb alaçılpaq aparmaq nə deməkdir? Bunları ora göndərən elədiyi qanunsuzluğun miqyasını anlayırmı, yoxsa elə bilir ki, hər şey onun istədiyi kimi olmalıdır? Bu ölkədə qanun, hökumət, rəhbər yoxdurmu? Hara baxırlar? Bu zülmə göz yummaq olarmı?
ABŞ-da bir polis küçədə qaradərili vətəndaşın boynunu dizi altında sıxaraq ölümünə səbəb olduğu üçün bütün dünya ayağa qalxıb, bizdə isə onlarla ailəyə elə bir zərbə vurulub ki, o ailələrdə münasibətlərin bundan sonra normal hala gələcəyini təsəvvür eləyə bilmirəm. Ev, mənzil hər kəsin namusudur, heysiyyatıdır, ev basmaq hər şeyi ayaqlar altına almaqdır. Bu hadisədən sonra hər bir Azərbaycan ailəsi düşünəcək ki, onu heç kim müdafiə eləmir, polis istənilən vaxt, istənilən bəhanə ilə onun evini basa, yatağından çıxarıb yarıçılpaq apara bilər. Bütün bunlar vətəndaşı dövlətə qarşı ayaqlandırmaqdır. Əgər birisi polisə və ya hər hansı birinə qarşı cinayət tərkibli əməl işləyibsə, onu qanuni şəkildə cəzalandırmaq lazımdır. Cinayətkarı istintaqa, məhkəməyə aparmağın da qanuni yolu var, məhkəmə deyilən bir orqan, sanksiya adlanan hüquqi bir sənəd var. Bunlar nə elədiklərini anlayırlarmı?
Hüquqda belə bir təməl prinsip var ki, bir cinayət başqa bir cinayət üçün əsas sayıla bilməz. Niyə bu basqına dövlətdən reaksiya verilmir? Dövlət niyə vətəndaşının hüququnu qorumur, onu tapdalayanların cəzasını vermir? Bu ölkədə qanun deyilən bir güc var, ya yox? Ev basmaq, camaatı o cür narahat eləmək, bir nəfərin əməlinə görə o qədər insanı dəli eləmək cinayət deyilsə, nədir?
Təsəvvür edin ki, polis həddini o qədər aşıb ki, qarşısındakı xanımı “sən də dovşansan, ərin də dovşandır” deyərək ələ salır. Kimsə bunun təhqir olmadığını iddia eləməsin. O ailədəki körpələr elə bir mənəvi zərbə aldılar ki, bundan sonra onlara vətən, millət, dövlət mövzusunda nə qədər moizə oxusan da heç bir əhəmiyyəti olmayacaq, çünki gördüklərini gördülər.
Vaxtilə ABŞ-da yaşanmış bir hadisə yadıma düşdü: Polis onlarla qadını gecə vaxtı qətlə yetirmiş bir manyakın izinə düşür və evinə basqın edib tutur. Evdən də onun cinayətini sübut edən kifayət qədər əşyalar aşkar edilərək götürülür. Amma məhkəmədə hakim polisin o evə sanksiyasız girdiyini əsas gətirərək bütün istintaq materiallarını ləvğ eləyir, o qatili məhkəmə zalından azad edir və deyir ki, polisin haqsızlığına haqq qazandıran və lənətlənmiş bir hakim olaraq tarixə düşmək istəmir.
Bu ədalət hissi bizdə yetişmədikcə biz o dövlətlər kimi güclü, zəngin ola bilmərik. Ədalət təkcə mülkün təməli deyil, bütün xeyirlərin, bərəkətin təməlidir. Ədalət olmayan yerdə xeyir-bərəkət də olmaz.
Polisin başına zibil torbası atan hər kimdirsə, cəzasını almalıdır, özü də ən sərt şəkildə, amma vətəndaşın evini basan, yataqdan çıxardığı adamı sürüyə-sürüyə aparan polis də, ona bu əmri verən rəhbəri də layiq olduğu cəzanı almalıdırlar. Qanun hamı üçün olmalıdır, yoxsa biri qanunun altında, biri üstündə olarsa, o qanun qanun olmaz.
Özünü ziyalı hesab eləyən filankəslərin səsi niyə çıxmır görəsən? Ziyalı olmaq şair olmaq, yazıçı olmaq, professor, akademik adı daşımaq, şeyx, molla olmaq, xalq artisti olmaq, əlli kitabın müəllifi olmaq deyil, ədalətli olmaqdır, dürüst olmaqdır, haqlının tərəfini tutmaqdır, yaltaq, ikiüzlü, yalançı olmamaqdır.
Efir trolları da öz hədlərini bilsələr, yaxşıdır. İkiüzlü, saxtakar, yaltaq çıxışlarla camaatın əsəblərini daha da gərməsinlər.
Dövlətin gücü onun ədalətindədir, ədaləti olmayan dövlətin ömrü də uzun olmur. Mən dövlətimin ədalətli və hər zaman güclü olmasını istədiyim üçün öz narahatlığımı ifadə edir və bu xalqı, bu dövləti sevən hər kəsi də səssiz qalmamağa çağırıram.
Mən özümü hüquqi dövlətin vətəndaşı kimi hiss eləmək istəyirəm, qanunun məni qoruduğuna inanmaq istəyirəm və elə bilirəm ki, bu, təkcə mənim deyil, mənim kimi milyonlarla vətəndaşımızın istəyidir. Bu məsələnin üstündən sükutla keçmək olmaz! Bu cür məsələlər ölkədə ədalətin olub-olmadığını göstərir. Bu məsələ ilə bağlı ən yüksək səviyyədə açıqlama verilməlidir. Biz bir vətəndaş kimi bilməliyik ki, bizi qoruyan var, yoxsa yox?