ÜRFAN MƏMMƏDLİ

Koronovirusun ziddiyətləri

Koronovirusun ziddiyətləri

ÜRFAN MƏMMƏDLİ
Dünyada koronovirus adlı bir kabus dolaşmaqdadır. Zərdabı (vaksini) yoxdur. Bununla belə yaxaladığı adamların hamısını öldürmür. Sağalanlar da var, ölənlər də. Sağalanların sayı ölənlərin sayından çoxdur. Bəs dünya niyə bu qədər təşvişə düşüb? 
Məsələ burasındadır ki, dünya əhalisində bir tərəddüd var: bu virus əldəqayırmadır, yoxsa təbiidir? Hər iki ehtimala inanlar var. Bu ehtimalların ortaya çıxması əsassız deyil. Belə ki, koronovirus barədə yayılan rəsmi məlumat və faktlarlarda ziddiyyətlər var.  Məhz bu ziddiyyətlər virusun təbii və ya əldəqayırma (laboratoriyada düzəldilmiş bioloji silah) olması barədə şübhələrə yol açır.
Birinci ziddiyyət: Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, bu virus heyvanlardan insanlara keçmir. Elə həmin təşkilatın digər məlumatında koronovirusun yarasa mənşəli olduğu bildirilir. Əgər ikinci məlumat doğrudursa, onda birinci məlumata necə inanaq?
İkinci ziddiyyət: DST bildirir ki, virus hava-damcı yolu ilə yayılır. Məlumdur ki, virusun beşiyi Çinin Uhan vilayətidir. Virus hava-damcı yolu ilə yayılırsa, məntiqlə Çinin bütün vilayətlərinə, sonra isə qonşularına yayılmalı idi. Amma bu baş vermədi. Dünyanın Çindən minlərlə kilometr məsafədə olan bir çox ölkəsində hazırda fövqaladə vəziyyət və ya karantin rejimi tətbiq edildiyi halda Çinin vilayətlərinin əksəriyyətində indiyədək heç bir rejim tətbiq edilməyib və oralarda həyat adi qaydası ilə davam edir. Çinin ən yaxın qonşusu olan Monqolustanda bu günə qədər (31.03.2020) koronavirusa yoluxanların sayı cəmi  12 nəfərdir.
Üçüncü ziddiyyət: Təbii virus varlı-kasıb tanımadığı halda, koronoviris dünyanın inkişaf etmiş ölkələrində da çox tüğyan edir. Bu günə qədər (31.03.2020) dünyada  koronavirusa yoluxan 740235 nəfərin  374129 nəfəri  “Böyük səkkizlik” (G-8) ölkələrinin payına düşür. (G-8 ölkələri arasında ən az yoluxma Yaponiya  və Rusiyada qeydə alınıb ki, bunlar da Çinin ən yaxın qonşularıdır).  Bu o deməkdir ki, virusa yoluxanların 50,54 faizi 8 ən inkişaf etmiş ölkənin, 49,46 faizi isə qalan 192 ölkənin passivindədir. Bu müqayisəni G-20 ölkələri üçün aparsaq, daha vahiməli rəqəmlə qarşılaşarıq. Belə ki, koronavirusa yoluxanların 685736 nəfəri, yəni 92,64 faizi G-20 (İran da bura daxildir) ölkələrində qeydə alınıb.
 İranın yoluxma məsələsində inkişaf etmiş ölkələr sırasına düşməsini də başqa bir ziddiyyət saymaq olar.
Dördüncü zidiyyət:  DST virusun heyvan mənşəli olduğunu bildirir. Dünya liderlərinin bəziləri isə virusun mənbəyi barədə alternativ fikirlər irəli sürürlər. Məsələn, İsrail Knessetinin qadın deputatı açıq-aydın deyir ki, bu, laboratoriyada hazırlanmış bioloji silahdır. Belarus Prezidenti  Aleksandr Lukaşenkonun “bu virus bitəndən sonra onun haqqında sizə elə sözlər deyəcəm ki...” deməsi isə koronavirusun mənbəyi barədə şübhələri artırır. 
DST-nin məlumatına görə, koronavirus dünyanın bir nömrəli hegemon dövləti olan ABŞ-ı cənginə alıb. Ölkədə yoluxma hallarının sayı rekord həddə - 164284 nəfərə çatıb.  ABŞ-ın şimal və cənub qonşuları olan Kanadada və Meksikada isə yoluxmaların sayının qat-qat az olması (müvafiq olaraq 7474 və 1094 nəfər) ziddiyyət olmasa da, şübhə doğurur.
Koronovirusun yaşama müddəti, əlamətləri barədə dəziddiyətli fikirlər var. Araşdırmanı dərinləşdirsək daha çox ziddiyyətlərə rast gələrik. 
Virusun təbii və ya əldəqayırma olmasını sübut etmək çətin olsa da, onun mövcudluğunu danmaq olmaz. Birmənalı olaraq qəbul etmək lazımdır ki, koronovirus var və o təhlükəlidir. Əgər bu virus təbiidirsə, təbii yolla yayılacaq. Əgər süniidirsə,  mütləq onun zərdabı da  hazırlanıb. Amma onu hazırlayanlar məqsədlərinə nail olmadan həmin zərdabı dövriyyəyə buraxmayacaqlar və virusu əllərində olan vasitələrlə yayacaqlar. Bütün hallarda koronavirus insan həyatını təhlükəyə atır. Hələ ki, zərdabı  olmadığından ona yalnız qabaqlayıcı tədbirlər görməklə qalib gəlmək olar. Bu qabaqlayıcı tədbirlərin ən sadəsi insanlarla təmasda olmamaqdır. Hökumətin bu gün gördüyü tədbirlərin də məqsədi insanlar arasında təması azaltmaqdır. Odur ki, gəlin bir müddət evdə qalaq, ən yaxın adamlarımızla belə, təmasdan uzaq duraq.
Virussuz günlər mütləq qayıdacaq. Bir az səbirli olmaq lazımdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top