ANAR QARAXANÇALLI

Bəzi suallar...

Bəzi suallar...

ANAR QARAXANÇALLI

İnsanoğlu unutqandır. Amma hadisələri doğru analiz edə bilmək üçün xatırlamaq lazımdır.
Türkiyə Cümhuriyyəti necə quruldu? Hansı dəyərləri təmsil edib, edir?
Hansı anlayış hakim rol oynayıb?
CHP-nin, MHP-nin Cümhuriyyət tarixində hansı rolları olub?
Xüsusilə, son 20 ildə baş verən hadisələrə sadəcə xronologiya olaraq deyil, səbəb-nəticə konteksində baxıldığında ortaya nə çıxır?
AKP necə quruldu? AKP-nin hökumətə gəlişi necə oldu?
2002-ci ildə Baxçalı hakimiyyətdə olduğu halda niyə erkən seçkilər üçün çağırış etdi? Digər müxalifət lideri Baykal Ərdoğanın siyasi qadağasının önünü açmaq üçün konstitusiya dəyişikliyini niyə dəstəklədi?
Niyə 2004-cü il Milli Təhlükəsizlik Komitəsinin gizli iclasında Gülən qrupu üçün “ölkədə və dünyada önlərini kəsmək üçün hərəkət planı hazırlanmalıdır” cümləsini imzalayan Ərdoğan sonra Gülən qrupuna yaxın oldu?
Bu yaxınlığın hakim olduğu 2003-2009-cu illər arasını tərəfli-tərəfsiz böyük əksəriyyət niyə Türkiyənin çiçəklənmə, demokratikləşmə dövrü hesab edir?
2006-cı ildə Rahib Santora cinayəti niyə törədildi?
Cümhuriyyət qəzetinə niyə bombalar atıldı? Danıştayda bir hakim niyə öldürüldü?
“Darbe günlükləri”ndə nə vardı? “Zirvə” yayın evi hücumu nə idi?
Niyə cinayət işi üzərində həbs edilən hərbçini Baş Qərargah rəisi müdafiə etdi?
Baş qərargah rəisi Böyükanıtın imzası ilə 2007-ci ilin aprelində niyə hökumətə muhtıra-xəbərdarlıq edildi?
Niyə Abdullah Gülün prezidentliyinin önü kəsilmək istənildi?
Konstitusiya məhkəməsi hakimləri ilə İlker Başbuğun gizli görüşməsi nə idi? Bu görüşdən sonra, Türkiyə Avropa İttifaqı ilə müzakirələri genişlətdiyi bir dövrdə, iqtisadi inkişafın artdığı bir zamanda niyə 2008-ci ildə AKP haqqında “partiyanın ləğv edilməsi üçün” cinayət işi açıldı?
Cümhuriyyət mitinqləri nə idi? Ergenekon davaları nə idi? Milli azlıqlara olan hücumlar nə idi?
Niyə 2008-ci ildə Ərdoğan  Ergenekon işi üçün “mən bu davanın savcısıyam (ittihamçısı)” dedi?
Əgər Ergenekon iddiaları saxta olubsa, niyə o dövrkü Quru qoşunlarının komandanı Aytaç Yalman, İlker Başbuğ üçün (Balyoz iddiaları ilə əlaqəli), “mənim əmrim olmadan çevriliş hazırlıqlarında olub” dedi? Niyə generallar bir-birilərini ittiham etdilər?
Ölüm quyularında tapılan toplu məzarlar nə idi? Niyə Ərdoğan gücləndikcə demokratik dəyərlərdən uzaqlaşmağa başladı?
17-25 dekabr 2013-cü ildə nə baş verdi? Niyə AKP-lilər 2014-cü ildən aldatıldıqlarını iddia etməyə başladılar?
Niyə dünən ittihamçısı olduqları işin müdafiəçisi oldular?
Kürdlərlə müzakirə aparan AKP hökuməti niyə masanı dağıtdı?
2015-ci iyun seçkilərində istədiyini ala bilməyən Ərdoğan, İŞİD-in Suruçta törətdiyi qətliamdan sonra niyə “400 vəkili versəydiniz bunlar olmazdı” dedi?
Niyə 2015-ci il iyun və təkrarlanan noyabr seçkiləri arasında yüzlərlə mülki, yüzlərlə hərbiçi həyatını itirdi? Niyə seçkilər bitən kimi terror da bitdi?
Kürdlərin partiyası HDP-nin lideri Dəmirtaş niyə həbs edildi? Niyə demokrat deyə millətə göstərilən Kılıçdaroğlu Dəmirtaşın həbsinin önünü açdı, toxunulmazlığını qaldırdı?
Niyə 2016-cı il 15 iyul çevriliş cəhdini Ərdoğan “Allahın bir lütfü” kimi qiymətləndirdi? Niyə çevrilişdən 1-2 saat sonra on minlərlə insan həbs edildi? Bu qədər sürətlə məsələ necə araşdırıldı?
Niyə ordunun içi boşaldıldı? Niyə generalların hardasa yarısı ordudan uzaqlaşdırıldı?
Niyə 2017-ci ildə referendum keçirildi?
Niyə referendumdan sonra CHP, Kılıçdaroğlu 1 milyondan çox səs oğurluğu iddiasını gündəmə gətirdi?
2018-ci ilin Prezident seçkilərində niyə müxalifətin namizədi Muharrem İnce hələ səslər sayılmadan “adam qazandı” yazıb yoxa çıxdı? Hansı ki, seçkiyə qədər yeri-göyü dağıdırdı?
Niyə 2019-cu il bələdiyyə seçkilərində İstanbulla əlaqəli 31 mart günü Baxçalı “bir səslə olsa belə, kim qazansa qalib odur” dedi?
Niyə referendumda 1 milyon səs oğurlaya bilənlər İstanbul kimi önəmli yeri 13 min səslə itirdilər?
Niyə Baxçalı iddialara görə, həmin gün Ərdoğanın birlikdə balkona çıxıb qalibiyyəti elan etmə rəklifini rədd etdi?
Niyə eyni Baxçalı 2 gün sonra Ərdoğan nəticələri qəbul etmişkən təkrar seçki keçirilməsini tələb etdi?
Niyə PKK-ya salam verdin deyə Dəmirtaşı həbs edən anlayış Öcalanın qardaşını, məktubunu TRT-də sülh göyərçini kimi təqdim elədi? Nəticədə, nə oldu?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top