NAZİM MUSTAFAYEV

Quranda “şairlər” nə üçün tənqid olunub?

Quranda “şairlər” nə üçün tənqid olunub?

NAZİM MUSTAFAYEV

Bu yazıda Şuəra surəsinin son dörd ayəsi haqqında danışmaq istəyirəm. Bu ayələrdə bir sıra şairlər qınaq obyektinə çevrilmiş və tənqid olunmuşlar. Ayələrdəki bu tənqidi daha yaxşı anlamaq üçün təbii ki hadisələrin arxa planını bilmək lazımdır. Görəsən nə üçün məhz şairlər?
 
Tənqidin məğzi nədən ibarət idi? Burada söhbət şair olmaqdan və şer söyləməkdən gedir, yoxsa məsələnin mahiyyəti başqa idi? Biz bu İlahi tənqidin harasındayıq? Ayələrdəki tənqiddən “şair” olmayanlar da özləri üçün pay götürə bilərmi?
 
İslamın gəldiyi ərəfədə ərəblərdə şer və ədəbiyyat zirvə çağını yaşayırdı. Bununla yanaşı yeni bir mədəniyyətin, yeni bir sivilizasiyanın təməlləri atılırdı. Bu ərəfədə ərəb cahiliyyə şairləri ya əvvəlki tək bu üstün bacarıqları ilə yenə cinsi mövzulara tez-tez müraciət edəcək, eşq hekayələri, içki və şərab, qəbilələr arası nifrət toxumlarının əkilməsi, qan davaları, dəbə-baba ilə öyünmə kimi mövzular işləyəcək yada məharətlərini daha ülvi məqsədlər üçün istifadə edəcəkdilər. Bu mənada ərəb cahiliyyə şairləri yeni bir dövrün və cahanşümul dəyişimin astanasında idilər.
 
Quranda və Peyğəmbər (s.ə.s) kəlamında bir sənət növü olaraq şer və ədəbiyyat haqqında mənfi bir sözə rast gəlmirik. Əksinə şer və ədəbiyyatın təşvik edildiyini görürük. İslam gəldikdən sonra da həm ərəblərdə, həm də başqa millətlərdə şairlər müsəlman cəmiyyətinin bir üzvü kimi yaşamış və fəaliyyət göstərmişlər. Bir dəyərlər mənzuməsi ilə gələn İslamın şübhəsiz ki şer və ədəbiyyata dair söylədiyi sözlər də var idi. Şer ya da ədəbi mətinlərin hər hansı bir növü öz-özlüyündə toxunulmaz sayılmır. Söz hansı dahi şairin ağzından çıxsa da öz-özlüyündə bir qayə deyil, daha uca və ülvi bir qayəyə gedən yolda mühüm bir vasitə hesab edilir.
 
Ərəb cahiliyyə şerində batilin təsviri, yalan danışma, yersiz ittihamlar, gərəksiz təriflər, həcv, müstəhcən səhnələr və.s o qədər çox idi ki bütün bunlar haqqında Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Birinizin içinin irinlə dolması şer misraları ilə dolmasından daha yaxşıdır” (Buxari, Ədəb, 92). Bununla yanaşı Həzrət Peyğəmbərimiz (s.ə.s) gözəl və dərin mənalı şerlər haqqında da: “Şübhəsiz bəzi şerlərdə hikmət var” (Buxari, Ədəb, 90) buyurmuşdur.
 
İslamın şerə, nəzmlə söylənmiş sözə dair bəzi tənqidlərindən bəhs edəndə mütləq bunun səbəbləri haqqında da danışmaq lazımdır. Bu səbəblər şerin nəzm olması ilə bağlı deyil, ifadə etdiyi mənadakı yıxıcı ünsürlər ilə bağlıdır. Bu yıxıcı ünsürlər başqa bir ədəbi növdə olanda İslam həmin ədəbi növə deyil, sözün sehri və gücü ilə orada işlənən mənəvi cinayətə qarşı çıxır. Quranda xəbər verildiyi üzrə Fironun allahlıq iddia edərkən söylədiyi: Mən sizin ən uca Rəbbinizəm!” (Naziat, 79/24) sözü normal bir cümlədir. Şerlə əlaqəsi yoxdur. Ancaq bu söz nə İslama görə nədə ağıl və məntiq cəhətindən qəbul edilməzdir.
 
Quranda belə buyurulub: “Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) Və onlar etmədikləri şeyləri deyirlər!” (Şüəra, 26/224-226). Bu ayələr Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründə şairlərin və şerin cəmiyyətdə gülcü bir təsirə malik olduğunu göstərir. Həmçinin bu ayələr sanki şerdən deyil, daha çox dövrün şairlərinin ümumi xarakterindən bəhs edir.
 
İslamdan əvvəlki cahiliyyə dövrü şairlərinin söz sənətinin incəliklərinə bələd olması, əslində cəmiyyətdə hər kəsin sahib olmadığı bir məziyyət idi. Bununla onlar bol sıfırlar əldə edirdilər. Ancaq bu bol sıfırların qarşısında 1 ədədi olmayanda heç nə ifadə etmir. Bu 1 ədədi isə şəxsiyyətin inşası, insanın əxlaqi məziyyətlərə sahib olması deməkdir. İslam, cəmiyyətin hər bir təbəqəsindəki insanlardan əvvəla bu 1-ə sahib olmağı istəyir. İslamın gətirdiyi əxlaqi dəyərləri hələ mənimsəməmiş dövrün ən gülcü şairlərindən biri öz yaxın qohumu ilə yaşadığı eşq macərasını şerində tərənnüm etmiş və bu şeri ədəbi nümunə kimi Kəbə divarından asa bilmişdi.

Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top