Zərif: ABŞ İranda hakimiyyəti devirmək üçün qruplar yaradıb

ABŞ 1953-cü ildə olduğu kimi İranda hakimiyyəti devirmək üçün ölkə üzrə “fəaliyyət qrupları” yaradıb.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ düz 65 il əvvəl xalqın seçdiyi Mosaddıqın demokratik hökumətini devirib, diktaturanı bərpa edib və iranlıları sonrakı 25 il kölə halına salıb: “İndi İran üzrə “fəaliyyət qrupları” təzyiq, dezinformasiya və demoqoqiyanın köməkliyilə eyni şeyi etməyi arzu edir. Daha heç vaxt”.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Dövlət Departamentində “fəaliyyət qruplarının” yaradıldığını bildirib. Qruplar Tehrana qarşı siyasətin əlaqələndirilməsilə məşğul olacaq. Bundan başqa, M. Pompeo Brayan Huku ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi təyin edib.

DİGƏR XƏBƏRLƏR

Top