Misirin keçmiş polkovnikinin yerini deyənə 10 MİLYON DOLLAR

ABŞ Dövlət Departamenti “Əl-Qaidə” terror təşkilatının iki liderinin yeri haqqında hər hansı məlumatın verilməsinə görə pul mükafatını 10 milyon dollaradək artırıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

Söhbət Abdulla Əhməd Abdulla və Saif əl-Adldan gedir. Onlar 1998-ci ildə Keniyanın paytaxtı Nayrobi və həmin dövr Tanziyanın paytaxtı olmuş Dar əs-Salamda yerləşən Amerika səfirliklərində partlayışların hazırlanmasında iştiraka görə ABŞ-da təqsirkar biliniblər. Həmin partlayışlar nəticəsində 224 nəfər həlak olmuşdu. 2000-ci ildə təyin edilmiş pul mükafatı hər bir terrorçu üçün 5 milyon dollar təşkil edirdi.

Hər iki terrorçu Misir əsillidir. S. əl-Adl Misir ordusunun keçmiş polkovnikidir, sonradan o, terrorçu Üsamə bin Ladenin mühafizəçisi olub. A. Ə. Abdulla isə daha əvvəl Misirin futbol klublarının birində peşəkar oyunçuydu. 2000-ci ilin əvvəllərində onlar “Əl-Qaidə”də rəhbər vəzifələrini icra etməyə başlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top