Bakıda hər gün 4 milyondan çox siqaret istehsal olunur

Bu ilin ilk yarısında Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 468,6 milyon manat dəyərində məhsul istehsal edilib. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 95,9 faiz, içki istehsalı 0,1 faiz artıb, qida məhsullarının istehsalı isə 10,6 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 1,3 faiz, şirin peçenye 37,1 faiz, içli sair şokolad şirniyyat məmulatları 16,3 faiz artıb.

Məlumat üçün bildirək ki, ilin ilk 6 ayı ərzində Bakı şəhərində 745,4 milyon ədəd siqaret istehsal olunub. Bu isə o deməkdir ki, gün ərzində təxminən 4,1 milyon ədəd siqaret istehsal edilir.

DİGƏR XƏBƏRLƏR

Top