Mingəçevirdə Avropa Şurasının təşkilatçılığı ilə təlim keçirilib

Mingəçevirdə Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” mövzusunda təlim keçirilib.

Yeniavaz.com xəbər verir ki, əvvəlcə layihə barədə AŞ Bakı ofisinin əməkdaşı və layihənin rəhbəri Pərvanə Bayramova layihənin məqsədi barədə açıqlama verərək bildirib ki, layihə Azərbaycanda yeni başlayıb. Layihənin əsas məqsədi medaida və media vasitəsi ilə gender bərabərliyinin təşviq olunmasından ibarətdir.

Eyni zamanda Pərvanə Bayramova onu da vurğulayıb ki, layihənin məqsədlərindən biri də regionda fəaliyyət göstərən jurnalistlər arasında gender bərabərliyi və media azadlığı standartlarına dair avropa şurası standartlarının yayılması və bu barədə məlumatsızlılığın artırılmasından ibarətdir.

Qeyd edək ki, bu artıq regionda 3 cü təlimdir təlim Qazax və Gəncədə də keçiriləcək.

Daha sonra “Gender bərabərliyi və media azadlığı: Avropa Şurası standartları və Azərbaycan təcrübəsi” mövzusunda müstəqil ekspert Ələsgər Məmmədli geniş məlumat verib “Gender bərabərliyi və media azadlğı: Azərbaycan təcrübəsi və digər qabaqcıl təcrübələr”mövzusunda Aydın Səfixanlı (Ombudsman aparatı), ”Jurnalist etikası və gender mövzusunun işıqlandırılması ”mövzusunda Sevinc xanım Əliyeva (BDU,Jurnalistika fakultəsi), Müşfiq Ələsgərli (Mətbuat Şurası), ”Sosial media və gender bərabərliyinin işqlandırılması” mövzusunda Şəfəq xanım Mehrəliyeva (müstəqil ekspert) geniş məlumat veriblər.

Həmçinin eksperlər onu da nəzərə çatdırıblar ki, Azərbaycanda gender bərabərliyi və medianın vəziyyətinin daha da təkmilləşdirilməsinə ehtiyac var.

Bütün bunları nəzərə alaraq, layihənin spesifik məqsədi jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi konteksində nəzərdən keçirilməsi və yenilənməsi, həmçinin gender bərabərliyi və media azadlığına dair Avropa Şurası standartlarının, eləcə də yenilənmiş “Jurnalistlərin peşə davranış qaydaları”nın Bakı və reguonlarda jurnalistlər və media peşəkarları arasında təşviqidir.

Layihənin milli tərəfdaşları Ailə, Qadın və Uşaq prpblemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Mətbuat Şurası, Jurnalist Həmkarlar İttifaqı, digər media təşkilatları və ali məktəblərin jurnalistika fakültələridir.

Təlim maraqlı müzakirələrlə davam edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top