xirdalanda-4-gun-evvel-qezada-olen-qadinin-yaxinlari-axtarilir-foto

Xırdalanda 4 gün əvvəl qəzada ölən qadının yaxınları axtarılır - FOTO

bakida-muellim-sagirdden-pul-istedi-valideyn-polise-muraciet-etdi

Bakıda müəllim şagirddən pul istədi - valideyn polisə müraciət etdi

fuad-abbasov-hebsde-olmasinin-sebeblerini-aciqladi-ses-yazisi

Fuad Abbasov həbsdə olmasının səbəblərini AÇIQLADI - SƏS YAZISI

çərşənbə axşamı, 18 iyun 2019
AZ RU EN TR

CƏMİYYƏT

Paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI

25.06.2018 12:48 Oxundu 970

Sabah - iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar Bakıdakı Azadlıq meydanında hərbi parad keçiriləcək. Bu parad cəmiyyət tərəfindən böyük maraqla gözlənilir.

Müdafiə Nazirliyi Ordumuzun 100 illiyi münasibəti ilə keçiriləcək paradla bağlı mətbuata açıqlama verməyib. Lakin bu dəfə də Silahlı Qüvvələrimizin yerli istehsal olan silahlarla yanaşı, son 5 ildə aldığı yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilir. Paradda ilk dəfə olaraq bir slra yeni hərbi texnika və təzə silah-surtsat nümayiş olunacaq.


Bunlardan bəzilərinin adlarını təqdim edirik:


1. “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi;

2. BTR-82A;

3. “Dana”;

4. “SandCat” bazasında “Spike-ER” raketləri;

5. “Polonez” artilleriya sistemi;

6. “İdırım” ZRK;

7. “Spear Mk.2” minaatanı və s.


Qeyd edək ki, müstəqil Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.(Modern.az)