SOCAR-ın mətbuat xidməti insanlara niyə yalan məlumat verir? - FOTOFAKT

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1 milyon 800 min ton neft hasil edilib. Yeniavaz.com SOCAR-ın rəsmi veb-saytında yerləşdirilən statistik göstəricilərə istinadən bildirir ki, neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% və ya 46,1 min ton az olub. Ötən ilin ilk rübü ərzində SOCAR tərəfindən 1 milyon 846,1 min ton neft hasil olunub.

Məlumat üçün onu da bildirək ki, bir qədər əvvəl SOCAR mətbuat xidmətinin açıqladığı məlumatda qeyd olunurdu ki, 2018-ci ilin yanvar-mart aylarında SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır. 2018-ci ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirmişdir. SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% (planda nəzərdə tutulan hədəf göstərici ilə müqayisədə 13%) artmışdır. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil etmişdir. Bundan əlavə SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılmışdır. İstismar edilən quyularda geoloji - texniki tədbirlər aparılmış, 66 fəaliyyətsiz quyu istismara qaytarılmışdır. Bu tədbirlərin nəticəsində, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil etmişdir.

Lakin açıqlanan statistik göstəricilərdə hasilatın 2,5% azalması onu deməyə əsas verir ki, SOCAR mətbuat xidmətinin neft hasilatının sabit qalması və müsbət dinamikanın əldə olunması ilə bağlı açıqladığı bu məlumat həqiqətə uyğun deyil. Yəni, açıqlanan statistik rəqəmlərlə, açıqlanan məlumat arasında uyğunluq yoxdur.

Maraqlı məqamlardan biri də odur ki, açıqlanan statistik göstəricilərdə neft hasilatı əvvəlki illərdə aylar üzrə qeyd olunsa da, bu il neft hasilatı rüb üzrə qeyd olunub. Belə görünür ki, SOCAR-ın mətbuat xidməti "bu ilin ilk rübündə neft hasilatı sabit qalıb" yazanda, hesab ediblər ki, heç kim ötən il aylar üzrə qeyd olunan göstəriciləri toplayaraq rüblük nəticəni hesablamayacaq.

Onu da qeyd edək ki, son 5 ilin ilk 3 ayı üzrə SOCAR üzrə hasil olunan neftin həcmi aşağıdakı kimi olub:

Hasilat dövrü

Hasilatın miqdarı

2014-cü il I rüb

2 108,7 min ton

2015-ci il I rüb

2 071,4 min ton

2016-cı il I rüb

1 898,5 min ton

2017-ci il I rüb

1 846,1 min ton

2018-ci il I rüb

1 800 min ton

DİGƏR XƏBƏRLƏR

Top