Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

Yazarlar

Əziz Mustafa

İranı niyə partladırlar?

03.06.2017 17:35

Son günlər İranda baş verən və insan ölümlərinə səbəb olan terror olayları beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu da səbəbsiz deyi. Çünki son 40-50 ildə İran istər hərbi, istərsə də siyasi və iqtisadi baxımdan güclü və qüdrətli dövlət olaraq qalmaqda davam edirdi. Şah rejiminin devrilməsi və islamçıların hakimiyyətə gəlməsindən sonra Qərbin İrana qarşı həyata keçirmək istədiyi bütün pozuculuq fəaliyyəti boşa çıxmaqda idi. Hətta Qərb tərəfindən xüsusi ssenari əsasında körüklənən və milyonlarla insanın ölümünə, böyük dərəcədə dağıntılara yol açan İran-İraq müharibəsi belə Tehran rejimini sarsıda bilmədi və onun belə demək mümkünsə Qərb qarşısında geri çəkilməsi demək olmadı. İraqın ABŞ tərəfindən işğalı isə İranın əslində bölgədə əl-qolunun açılmasına gətirib çıxardı. Amma bütün hallarda İraqdan sonra növbəti hədəfin İran olacağı hələ o vaxt aydın idi. Hər halda 2006-2016-cı illərdə Qərbin müxtəlif bəhanələrlə İrana qarşı tətbiq etdiyi sanksiyalar da cidid nəticə vermədi. Əksinə Suriyada baş verən hadisələrdə Əsəd rejiminə açıq şəkildə canlı qüvvə və hərbi texnika ilə köməklik edən İranın bölgədə mövqeyi daha da möhkəmlənmiş kimi görünürdü. Bu müstəvidə də İranın adı son illərdə terrorçulara dəstək verən ölkə kimi hallandırılırdı. Ona görə də bir-birinin ardınca İran parlamentində, o cümlədən Tehranda və Həmədanda həyata keçirilən terror olayları beynəlxalq aləm üçün gözlənilməz oldu. Hər halda İranın ölkə daxilində ən xırda narazılıqlara və hökumət əleyhinə olan qüvvvələrə qarşı sərt mübarizə apardığını, o cümlədən adı çəkilən ölkənin xüsusi xidmət orqanlarının yüksək peşəkarlığını nəzərə alanda terrorun İrana sıçraya biləcəyini ağla gətirmək belə mümkün görünmürdü. Amma hadisələrin gedişi göstərir ki, heç bir ölkə terrordan özünü sığortalaya bilməyib. Məsələ ilə bağlı diqqəti cəlb edən bir məsələ də İranda terrorun məhz müqəddəs Ramazan ayında həyata keçirilməsidir. Əslində müqəddəs Ramazan ayında İranda terrorun həyata keçirilməsi adı çəkilən ölkəyə bəzi güclərin xəbərdarlığı da ola bilər. Yəni İranda terror olaylarının məhz Ramazan ayında həyata keçirilməsini heç də təsadüfi hesab etmək olmaz. İran hələlik ölkədə baş verən terror olaylarına görə Səudiyyə Ərəbistanını günahlandırır. Ancaq təbii ki, İranın əlində bununla bağlı fakt, sübut da yoxdur. İranla Səudiyyə Ərəbistanı arasında ciddi şəkildə qarşıdurma olsa da, sonuncunun bu ssenaridə baş rolda oynama ehtimalı zənnimcə cüzidir. Çünki həm İran parlamentində, həm Tehranda, həm də Həmədanda terror aktları olduqca yüksək səviyədə, peşəkarcasına həyata keçirilib. Terrorun iştirakçıları həyatlarını hansı risq altında qoyacaqlarını və özlərinin də məhv edilə biləcəyini bilə-bilə ölümə gediblər. Əslində regionu qan gölünə döndərən, İraqda və Suriyada hər gün insanların ölümlərinə yol açan terror olaylarının qonşu ölkələrə, o cümlədən İrana da sıçraya biləcəyi təhlükəsi öncədən məlum idi. Ancaq bunun belə tezliklə baş verəcəyini çoxları gözləmirdi. Bəs İrana qarşı terror olayları niyə məhz indi baş verdi? Bu sualın cavabını əslində Suriyada baş verən hadisələrdə də axtarmaq mümkündür. Suriyada artıq terrorçular küncə sıxışdırılıblar və onların sonu yaxınlaşmaqdadır. Belə vəziyyətdə zənnnimcə İŞİD, Əl-qaidə və digər terror qruplarını idarə edənlərin onların vasitəsi ilə İranı hədəfə aldıqlarını ehtimal etmək olar. Əslində İranda baş verən son terror olayları "nə əksərsən, onu da biçərsən" atalar sözlərini yada salır. Hər halda İranın Suriyada və İraqda baş verən və on minlərlə günahsız insanların ölümlərində əli olduğu çoxlarına sirr deyil. Vaxtı ilə SSRİ Əfqanıstana qoşun yeritdi və bu, orada çoxsaylı insanların ölümünə səbəb oldu. Amma son nəticədə Əfqanıstan SSRİ-nin qəbirqazanına çevrildi. İranın Suriyadakı hərbi varlığı da bu ölkəyə SSRİ-nin taleyini yaşada bilər. Bununla belə sual ortaya çıxır: İranı niyə partladırlar?. Bu sualın cavabını zənnimcə İranın bölgədə supergüc rolunu oynamaq cəhdlərində axtarmaq olar. Hər halda hadisələrin gedişi göstərir ki, İran qonşularına qazdığı quyuya özü düşə bilər...

Oxundu: 221