
Azərbaycanda 2,9 min kütləvi kitabxana və bu kitabxanalarda 27,9 milyon nüsxə kitab mövcuddur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər kitabxanaya düşən kitabların sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sıralarda yer alıb.
Qeyd edək ki, MDB ölkələrində hər kitabxanaya düşən orta kitab sayı aşağıdakı kimi olub:
Rusiya – 220 min
Ermənistan – 32,8 min
Qazaxıstan – 28,2 min
Belarus – 22,3 min
Qırğızıstan – 19 min
Moldova – 11,6 min
Azərbaycan – 10 min
Tacikistan – 8,6 min
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz