
Tovuzda sel sularının toplandığı ərazidə torpaq sürüşməsi baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, sürüşmə Tovuz rayonunun Vahidli kəndində baş verib.
Bildirilib ki, sürüşmənin baş verdiyi yol kənd qəbiristanlığına və digər yaşayış ərazilərinə aparır.
Hazırda bir neçə yerdə çatlar da əmələ gəlib.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin aradan qaldırıması istiqamətində addımlar atılacaq.




Tətbiqimizi yükləyə bilərsiniz