Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib


Prezident İlham Əliyev Milli Məclisin noyabrın 24-də qəbul etdiyi “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, sənədə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.

DİGƏR XƏBƏRLƏR

Top