Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə etdilər


Noyabrın 26-da Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini mübadilə ediblər.
Yeniavaz.com
RBK agentliyinə istinadla xəbər verir ki, bu barədə  Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.
Onun sözlərinə görə, bu dəfə mübadilə “250-yə 22” düsturuna əsasən həyata keçirilib.
Belə ki, Ukrayna tərəfi 250, Rusiya tərəfi isə 22 cəsəd alıb.
Növbəti mərhələdə cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, əvvəlki mübadilə oktyabrın 22-də həyata keçirilmişdi. 252 cəsəd Ukraynaya, 25 cəsəd isə Rusiyaya qaytarılmışdı. Prosedur Belarusun Novaya Quta keçid məntəqəsində baş tutmuşdu.
Bu cür mübadilələr ötən ilin yayından - İstanbul Sazişləri imzalandıqdan bəri müntəzəm olaraq həyata keçirilir.
Əbu-Dabidə keçirilən son görüşdən sonra tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə də razılığa gəliblər. Lakin bunun dəqiq nə vaxt baş verəcəyi barədə hələlik heç bir məlumat yoxdur.
Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 26-da bildirib ki, siyahılar üzərində iş hazırda yekunlaşma mərhələsindədir.

DİGƏR XƏBƏRLƏR

Top