
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun Ofisi gizli məlumatların sızmasını aşkar edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat verib.
Mənbələrin sözlərinə görə, kiberhücum bəzi məxfi olmayan məlumatların ələ keçirilməsi ilə nəticələnib.
Məqalədə deyilir ki, insident ABŞ-də son vaxtlar artan sistem və kibertəhlükəsizlik problemləri fonunda baş verib.
Nəşrin yazdığına görə, haker hücumu açıq mənbəli kəşfiyyat məlumatlarını təhlil edən sistemə təsir edib. Bu sistemlərə kommersiya məlumatları, sosial media məzmunu, peyk görüntüləri və digər onlayn resurslar daxildir.
Buna baxmayaraq, dəqiq hansı məlumatların ələ keçirildiyi hələ də məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz