Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim etdi


Avropa İttifaqı (Aİ) ölkənin maliyyə institutlarını və kriptovalyuta platformalarını hədəf alan Rusiya əleyhinə 22-ci sanksiyalar paketini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəsmi saytında məlumat verilib.
Məlumata görə, yeni paketə beynəlxalq SWIFT sistemindən ayrılması təklif olunan 60 bank daxildir.
Bundan əlavə, Aİ kriptovalyuta ilə əlaqəli platformalara qarşı sanksiyalar hazırlamaq üçün işçi qrupu yaratmağı planlaşdırır.
Yeni məhdudiyyətlər həmçinin Rusiya neft və enerji şirkətlərini daşıyan 70 tankeri də hədəf alacaq. Digər məsələlərlə yanaşı, Aİ vətəndaşlarına Rusiya şirkətlərində vəzifə tutmaq qadağan ediləcək.
Aİ həmçinin keçmiş Rusiya hərbçiləri üçün vizaların verilməsini, idmançıların və komandaların Aİ daxilində yarışlarda Rusiya bayrağı altında iştirak etməsini və idman tədbirlərində rəsmi Rusiya simvollarının nümayiş olunmasıni qadağan etmək istəyir.
Qeyd edək ki, bundan əvvəl “Politico” qəzeti Aİ-nin bu ilin dekabr ayında Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəyini bildirmişdi. Eyni zamanda, nəşr yazmışdı ki, 22-ci paket Avropanın qəbul etməyə hazır olduğu məhdudiyyətlərin həddini nümayiş etdirəcək.
Xatırladaq ki, əvvəlki paketin müzakirəsi zamanı olduğu kimi, ayrı-ayrı ölkələrin veto hüququndan yayınmaq üçün razılaşma məsləhətləşmə formatında müzakirə olunur.

DİGƏR XƏBƏRLƏR

Top