
Peruda 6,9 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 370 mindən çox əhalisi olan Huankayo şəhərindən 111 kilometr şimal-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı isə 118 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin mümkün fəsadları barədə hələlik məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz