Bəşir Süleymanlıya 7 il yarım iş verildi


“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Bildirilib ki, B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.
“İttihama görə, B. Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədilə ələ keçirib”, - sayt yazır.

DİGƏR XƏBƏRLƏR

Top