Rusiya ilə müharibədə iştirak etməyə hazır olduğunu açıqladı


Britaniya şahzadəsi Harri (tam adı Henri Çarlz Albert Devid - red.) Rusiya ilə ehtimal olunan müharibədə iştirak etmək üçün orduya qayıtmağa hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “The Telegraph” qəzetinə verdiyi müsahibədə qeyd edib.
Şahzadə Harri bildirib ki, britaniyalılar Rusiya təhdidindən narahat olmalıdırlar
Onun sözlərinə görə, Böyük Britaniya son on ildə faktiki olaraq, Rusiya ilə münaqişə vəziyyətində olub.
“Dronlar, güllələr və raketlərlə vurulmamağımız döyüşməməyimiz demək deyil. Əgər yenidən orduya yazılmağıma ehtiyac yaranarsa, veteran yoldaşlarım və hərbçilərimlə birlikdə 100% ölkəmə xidmət edəcəyəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, Əfqanıstanda hərbi xidmət keçmiş şahzadənin bu çıxışı Britaniya rəsmilərinin orduya hazırlıq çağırışları fonunda səslənib.

DİGƏR XƏBƏRLƏR

Top