
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiya ilə bağlı referendumun nəticələrindən asılı olaraq istefa verəcəyini bildirib.
Yeniavaz.com “Tert” agentliyiə istinadla xəbər verir ki, o, bu barədə parlamentdə sual-cavab sessiyası zamanı qeyd edib.
O bildirib ki, əgər vətəndaşlar referendumda yeni konstitusiyanın əleyhinə səs versələr, istefa verəcək.
“Əgər onlar referendumda yeni konstitusiyanın lehinə səs versələr, Azərbaycanla sülh prosesini başa çatdıracaq və sonra istefa verəcəyəm”, - Paşinyan əlavə edib.
“Əgər məni vəzifədən uzaqlaşdırmaq istəyirsinizsə, çox yaxşı, sizə təklif edirəm, uzaqlaşdırın. Sübut edin ki, bunu istəyirsiniz”, - deyə Ermənistanın Baş naziri hər kəsi referendumda iştirak etməyə çağırıb.
Əgər konstitusiya ümumxalq səsverməsi ilə qəbul edilərsə, o, Azərbaycanla sülh müqaviləsi imzalayacağını, nəqliyyat kommunikasiyalarının açılması, həmçinin, mübahisəli sərhəd məsələlərinin həll edilməsi prosesinə başlayacağını və bundan sonra vəzifəsindən gedəcəyini vəd edib.
“Biz referenduma gedirik. Əgər xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Mən təklif edirəm. Siz necə, imtina edirsiniz?“ - deyə o, parlament üzvlərinə müraciət edib.
Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamadan getmək niyyətində olmadığını əlavə edib.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiyasından ölkənin Qarabağa dair ərazi iddialarına istinad kimi qiymətləndirilən müddəaların çıxarılması nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz