Putin və Si Cinpin arasında danışıqlar başa çatıb


Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlar başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, danışıqlarda hər iki ölkənin geniş tərkibli nümayəndə heyətləri iştirak edib. Tərəflər gələcək iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Daha sonra görüş kiçik tərkibdə işgüzar səhər yeməyi formatında davam etdirilib. Bu mərhələdə Vladimir Putinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da qoşulub.
Qeyd edək ki, Rusiya və Çin liderləri arasında keçirilən görüş ümumilikdə iki saatdan çox davam edib.

DİGƏR XƏBƏRLƏR

Top