Rusiyadakı təyyarə qəzasında ölənlərin sayı artdı


Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi yaxınlığında An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 19 nəfər həlak olub.
Yenavaz.com
xəbər verir ki, bu barədə , bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəza planlaşdırılmış uçuş zamanı baş verib.
Nazirliyin məlumatına görə, qəzaya ilkin səbəb texniki nasazlıq olub.
Təyyarə yaşayış olmayan əraziyə düşüb.
Onun göyərtəsində 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 19 nəfər olub. Onların hamısı həlak olub.
Hazırda hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.

DİGƏR XƏBƏRLƏR

Top