Böyük Britaniya İsrailə yeni sanksiyalar tətbiq etdi


Böyük Britaniya İordan çayının Qərb Sahilində qanunsuz yəhudi yaşayış məntəqələri tikdiyinə və Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olduğuna görə, İsrailə qarşı yeni sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanatın yayıb.
Sənədə görə, Böyük Britaniyadakı bank hesablarının dondurulması da daxil olmaqla, məhdudiyyətlər memarlıq firması “Ami Gvirtzman Architects 2021” və yeddi tikinti şirkətinə: “Har Hevron Development Company”, “Hemdat Shomron”, “SAG (Velvel) Construction and Development”, “Lev HaHar Yazamut”, “Harey Zahav”, “Ariel Residential Judea & Samaria” və “ZF Building Company”yə tətbiq edilib.
Bundan əlavə, humanitar yardımın Qəzzaya çatmasına mane olan “Tzav 9” hərəkatı qara siyahıya əlavə edilib.
Britaniya XİN-in bəyanatında qeyd olunur ki, sanksiyalar yeni yaşayış məntəqələrinin tikintisinin sürətləndirilməsi ilə əlaqədar elan edilib.
Britaniya XİN İsrail hökumətinin bu prosesi dayandırmaqdan imtina etməklə yanaşı, həm də onu müdafiə etdiyini bildirib.
Nazirlik əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər Qərb Sahilinin E-1 ərazisində mənzil tikintisi üçün tenderdə iştirak üçün son tarixin yaxınlaşdığı bir vaxtda qəbul edilib. Krallığın Xarici İşlər Nazirliyi bu layihənin israillilər və fələstinlilər üçün davamlı sülhün mövcudluğunu təhdid etdiyini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top