
Bakıda qadın güləşi üzrə U15 və U17 yaş qrupları arasında açıq turnir keçirilib.
Yeniavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında təşkil olunan yarışda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-ə yaxın yeniyetmə güləşçi mübarizə aparıb.
Turnirdə Gəncə Şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, Avropa çempionu Ülviyyə Musayeva uğurlu çıxışı ilə diqqət çəkib.
Belə ki, U15 yaş qrupunda mübarizə aparan idmançı bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək qızıl medal qazanıb.
Ülviyyə Musayeva yarışa məşqçi-müəllimi Elbrus Qəhrəmanovun rəhbərliyi altında hazırlaşıb.


Tətbiqimizi yükləyə bilərsiniz