
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində (400 manat) müavinət ödənilməsi təklif olunur.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O bildirib ki, bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi təklif olunur.
Tətbiqimizi yükləyə bilərsiniz