
İran Vaşinqtonda ABŞ prezidentinin administrasiyasının yüksək vəzifəli rəsmilərinə qarşı “çirkli bomba” və ya kimyəvi silahdan istifadə etməklə hücumlar planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalına ABŞ kəşfiyyatının məlumatları ilə tanış olan mənbələr bildirib.
Onların sözlərinə görə, ABŞ-nin üzə çıxardığı planlar konkret xarakter daşıyıb və hücumların mümkün yerlərini, eləcə də hədəflərini əhatə edib. Kəşfiyyat yaxın zamanda hücumun baş verəcəyinə dair əlamətlər aşkar etməsə də, məsul vəzifəli şəxslər mümkün fövqəladə vəziyyətə hazırlaşmağa başlayıblar.
Ağ Evin mətbuat katibi Loren Bis bildirib ki, ABŞ bütün mümkün təhdidləri izləyir:
“Lakin hazırda ölkə üçün heç bir real təhlükə mövcud deyil”.
Qeyd edək ki, “çirkli bomba” radioaktiv maddələrin adi partlayıcı qurğu vasitəsilə ətrafa yayılması üçün nəzərdə tutulan silah növüdür.
Tətbiqimizi yükləyə bilərsiniz