
Ukrayna qüvvələri noyabrın 16-na keçən gecə Kerç körpüsünə (Krım körpüsü) hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskvanın təyin etdiyi Krım rəhbəri Sergey Aksyonov məlumat yayıb.
“Düşmən Krım körpüsünə zərbə endirib. Bununla əlaqədar körpüdə hərəkət təxminən günortaya qədər məhdudlaşdırılacaq”, – deyə o, “Telegram” kanalında yazıb
Aksyonov həmçinin məsələ ilə bağlı operativ qərargahın fəaliyyətə başladığını bildirib.
Məlumata görə, Körpünün bağlanması səbəbindən Krıma gedən dörd qatarın hərəkətində gecikmələr yaranıb.
Qeyd edək ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna qüvvələri Krım körpüsünə iki dəfə ciddi ziyan vurub. Bunlar 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda baş verib. Bundan başqa, 2025-ci ilin iyununda Ukrayna Təhlükəsizlik Xidməti körpünün dayaqları yaxınlığında sualtı partlayış törədildiyini açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz