
İki neft tankeri Hörmüz boğazından keçərkən dəniz minalarında partlayıb.
Yeniavaz.com “Tasnim”ə istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Bir neçə saat əvvəl cənub marşrutu ilə qanunsuz keçməyə cəhd edən iki neft tankeri dəniz minalarında partlayıb. Güclü partlayışlar bir neçə saat ərzində Hörmüz boğazının səmasını işıqlandırıb”, – deyə SEPAH-ın bəyanatında bildirilib.
İran hərbçilərinin məlumatına görə, tankerlərin partlaması nəticəsində yaranan çirklənmə Hörmüz boğazının sularına yayılıb. Gəmilərin ekipaj üzvlərinin vəziyyəti barədə isə məlumat verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz