Hörmüz boğazında daha bir neft tankeri minaya düşdü


Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb.
Yeniavaz.com
İran dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
“Bu gün səhər Hörmüz boğazının şərqindəki təhlükəli və məhdud ərazidən keçərkən əvvəlki xəbərdarlıqlara məhəl qoymayan və müşahidə və identifikasiya sistemlərini söndürən neft tankeri dəniz minası ilə toqquşub”, - HDQ-dən bildirilib.
Məlumata görə, nəticədə tankerdə yanğın baş verib və gəmi hərəkətini dayandırıb.
Qeyd edək ki, gecə saatlarında boğazın cənubunda daha iki neft tankeri minaya düşüb.

DİGƏR XƏBƏRLƏR

Top