
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişini təsdiqləyən qanunu imzalayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə məlumat Ermənistan Prezidentinin rəsmi saytında öz əksini tapıb.
Xaçaturyan həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasının nizamnaməsini təsdiq edən qanun layihəsini imzalayıb.
Qeyd edək ki, qanun layihəsi bundan əvvəl Ermənistan parlamenti tərəfindən qəbul edilib.
Tətbiqimizi yükləyə bilərsiniz