Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ danışıqları başladı


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, danışıqlarda Rusiyanı Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın iki idarəsinin nümayəndələri İqor Kostyukov və Yuri Jiqalovski təmsil edir. 
Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir. Danışıqlar qrupuna həmçinin prezident aparatının rəhbəri Kirilo Budanov, onun birinci müavini Sergey Kislitsa, Ali Radada “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski və Ukrayna Baş Qərargahının keçmiş rəisi Andrey Qnatov daxildir.
Bu görüş, təxminən doqquz aylıq fasilədən sonra üçtərəfli formatda keçirilən ilk görüşdür.
Tərəflər hərbi əməliyyatların dayandırılması şərtlərini, təhlükəsizlik zəmanətlərini və humanitar məsələləri müzakirə etmək niyyətindədirlər.
Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top