Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib, 20-dən çox insan xəsarət alıb


Yaponiyanın mərkəzi hissəsində 5,7 maqnitudalı zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar nəticəsində 20-dən çox insan xəsarət alıb.
Zəlzələ bazar günü yerli vaxtla saat 01:04-də Sizuoka prefekturasının qərb hissəsində, təxminən 40 kilometr dərinlikdə qeydə alınıb.
Bu, Ayti prefekturasında son 30 ilə yaxın müddətdə qeydə alınan ən güclü zəlzələ olub. Prefekturada yeraltı təkanların gücünün 5 bala çatdığı əvvəlki hadisə 1997-ci ildə baş verib.
Bildirilir ki, bu gücdə zəlzələ zamanı insanların dayaq olmadan hərəkət etməsi çətinləşir, bərkidilməmiş mebellərin aşması mümkündür. Təkanlar Naqano və Gifu prefekturalarında da hiss edilib.
Sizuoka prefekturasında yerləşən “Hamaoka” Atom Elektrik Stansiyasının operatoru zəlzələdən sonra müəssisənin fəaliyyətində hər hansı pozuntu aşkarlanmadığını açıqlayıb.
Bundan başqa, bazar günü səhər saat 10:53 radələrində ölkənin cənub-qərbində yerləşən Kumamoto prefekturasında da 4,3 maqnitudalı zəlzələ baş verib. Burada yeraltı təkanların gücü Kumamoto, Uto və Uki şəhərlərində 4 bala çatıb.

DİGƏR XƏBƏRLƏR

Top