Nemtsovun qızı Rusiyada qiyabi həbs cəzasına məhkum edildi


Öldürülən müxalifət siyasətçisi Boris Nemtsovun qızı və Nemtsov Fondunun həmtəsisçisi Janna Nemtsova Rusiyada qiyabi mühakimə olunaraq dörd il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, Janna Nemtsova Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qiyabi mühakimə olunub.
Prokurorluq Nemtsovanı Rusiyada “arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etməkdə” ittiham edir.
Müstəqil “Mediazon” nəşrinin məlumatına görə, 5 noyabrda məhkəmə Nemtsovanı günahkar bilib və qiyabi olaraq dörd il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, Janna Nemtsovanın səkkiz il müddətinə internet saytlarını idarə etməsi qadağan edilib.
Prokurorluq isə onun üçün 5 il həbs cəzası və veb saytların idarə olunması üçün 9 il qadağa qoyulmasını tələb edib.
Qeyd edək ki, “Boris Nemtsov” Azadlıq Fondu 2015-ci ildə siyasətçinin qətlindən sonra müstəqil jurnalistləri, insan haqları müdafiəçilərini və fəalları dəstəkləmək üçün Almaniyada yaradılıb.
2024-cü ildə Rusiya hökuməti fondu “arzuolunmaz təşkilat” elan edib. 2026-cı ildə Janna Nemtsova əvvəlcə qiyabi həbs cəzasına məhkum edilib, daha sonra isə “xarici agent” elan edilərək axtarışa verilib.
Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri olan Boris Nemtsov 2015-ci ilin fevral ayında Moskvanın mərkəzində qətlə yetirilib.
Atasının qətlindən bir neçə ay sonra Janna Nemtsova Rusiyanı tərk edib, Almaniyaya gedib və oradan jurnalist və ictimai fəaliyyətinə davam edib.

DİGƏR XƏBƏRLƏR

Top