
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin boğazın minalardan təmizlənməsi ilə bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında üç tankerin minaya düşərək partladığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti bəyanat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Hörmüz boğazının İran tərəfindən keçilməsi qadağan edilən cənub marşrutu ilə hərəkət edən üç tanker minaya düşüb və yanıb.
Məlumata görə, tankerlərin hamısı radiolokasiya və naviqasiya sistemlərini söndürüblər, həmçinin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıblar.
Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında gəmiçilik üçün əsas marşrutların minalardan təmizləndiyini açıqlamışdı. Qurumun məlumatına görə, artıq minlərlə gəmi həmin su ərazisindən keçib.
Tətbiqimizi yükləyə bilərsiniz