
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində ölkənin Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə adlandırıb.
Yeniavaz.com xəbər verir ki, o, bunu həmin sənəddəki müddəaların müstəqil dövlətə sahib olmağı qeyri-mümkün etməsi ilə izah edib.
“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq. Dünya nizamı dağılır, biz isə bu şəraitdə sülhü təmin edə bildik”, – deyə Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, Müstəqillik Bəyannaməsində əksini tapan ideologiyadan imtina etməyin Azərbaycanla və ya hər hansı xarici qüvvə ilə əlaqəsi yoxdur.
“Bu, Ermənistanın maraqlarından irəli gəlir”, – deyə Paşinyan qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz