Paşinyan sülh müqaviləsi imzalandıqdan sonra vəzifəsini tərk etmək istəyir


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanıb təsdiqləndikdən sonra baş nazir vəzifəsindəki fəaliyyətini başa çatdırmaq istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 29-da jurnalistlərlə söhbəti zamanı “Armenian News” müxbirinin sualını cavablandırarkən danışıb.
O qeyd edib ki, əsas məqsədi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə nail olmaqdır. Paşinyanın sözlərinə görə, bu məqsədə çatmasa, bunu şəxsi uğursuzluğu hesab edəcək.
Ermənistanın Baş naziri hər gün sülh gündəliyindən diqqəti yayındıra biləcək məsələlərlə qarşılaşdıqlarını desə də, qarşıya qoyduğu məqsədə sadiq qalmaq niyyətində olduğunu vurğulayıb.
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini də tənqid edib. O, bəyannamədəki ideologiyanın Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu sual altına aldığını iddia edib və ölkəsinin tarixindən dərs çıxarmalı olduğunu bildirib.
Baş nazir Müstəqillik Bəyannaməsində əks olunan ideologiyanın rədd edilməsinin Azərbaycanla və ya hər hansı xarici qurumla əlaqəli olmadığını, bunun Ermənistanın öz maraqlarından irəli gəldiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top