“Qarabağ” klubu 6 000 manat cərimələndi


Misli Premyer Liqasının IX turunun “Sabah” – “Qarabağ” matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Oyun zamanı “Qarabağ” komandasının azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün “Qarabağ” klubu 6 000 manat cərimə olunub.
Bundan başqa, həmin qarşılaşmada “Qarabağ” azarkeşləri tərəfindən stadionda 27 skamya sındırılıb. Bu səbəbdən stadiona dəymiş zərərin klub tərəfindən qarşılanmasına qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top