Bakıda evdən 10 min manatlıq qızıl oğurlayan qadın saxlanıldı


Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 700 manat dəyərində elektrik naqili oğurlanıb.
Yeniavaz.com
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törədən, əvvəllər məhkum olunmuş 41 yaşlı M.Hüseynov saxlanılıb.
“Həmin şəxsdən əlavə olaraq narkotik vasitələr də aşkarlanıb.
Şəhər ərazisində qeydə alınan digər hadisə zamanı isə dəyəri 900 manat olan 2 ədəd velosiped oğurlayan əvvəllər məhkum olunmuş 54 yaşlı F.Nəcəfovu da polis saxlayıb.
Hər iki faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.
Digər bir məlumata görə isə, paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb:
“Polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top