
ABŞ-nin dövlət borcu tarixi maksimuma çataraq 40,5 trilyon dolları ötüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin oktyabrın 28-də açıqladığı məlumatlarda bildirilir.
Qurumun məlumat bazasındakı son göstəricilərə əsasən, dövlət borcunun həcmi 40,528 trilyon dollara çatıb. Borc avqustun 18-də 40 trilyon dollar həddini keçib.
Bildirilir ki, son iki ayda dövlət borcu təxminən 500 milyard dollar artıb. Son 10 ildə isə bu göstərici iki dəfədən çox yüksəlib. Belə ki, 2016-cı ilin eyni dövründə ABŞ-nin dövlət borcu təxminən 19,8 trilyon dollar təşkil edirdi.
Mövcud artım tempi nəzərə alınmaqla, analitiklər ABŞ-nin dövlət borcunun 2030-cu ilədək 50 trilyon dolları ötə biləcəyini ehtimal edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz