Qətər İrana müharibənin dayandırılması üçün yeni razılaşma təklif edib


Qətər İrana ABŞ və İsraillə müharibənin dayandırılmasına dair yeni razılaşma təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyinə məlumatlı mənbələrdən bildirilib.
Məlumata görə, təklif oktyabrın 25-də Qətərin Tehrana səfəri zamanı təqdim olunub.
“Mənbə bildirib ki, İran hazırda təklifi nəzərdən keçirir. Tehranın cavabını həftənin sonuna qədər təqdim edəcəyi gözlənilir.
Yeni plana əsasən, yeddi gün ərzində Tehran və Vaşinqton qarşılıqlı narahatlıqların aradan qaldırılması istiqamətində addımlar atacaqlar.
Təklif razılaşdırılarsa, planın icrasına gələn həftə başlanacaq”, - agentliyin məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top