
Xəbər verdiyimiz kimi, gələn il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 4,7% və ya 14 manat artırılaraq 314 manata çatdırılması nəzərdə tutulub.
Yeniavaz.com xəbər verir ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Bəs görəsən, minimum istehlak səbətini “doldura” bilmək üçün, yəni bir insanın öz həyatını davam etdirə bilməsi üçün gələn il 314 manat kifayət edəcəkmi?
Məlumat üçün bildirək ki, minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Həmin tərkibdə yer alan ərzaq, qeyri-ərzaq mallarını və xidmətləri Dövlət Statistika Komitəsinin bu ilin sentyabr ayı üçün açıqladığı qiymətlərlə hesabladığımız zaman minimum istehlak səbətinin dəyəri təxminən 304,70 manat olur.

Onu da bildirək ki, Azərbaycan hökuməti 2027-ci ildə ölkədə illik inflyasiyanın 5,3% təşkil edəcəyini proqnozlaşdırır. Bu isə o deməkdir ki, gələn il minimum istehlak səbətinin dəyəri təxminən 320,8 manat olacaq. Belə olan halda isə yaşayış minimumu minimum istehlak səbətinin dəyərindən 6,8 manat az olacaq.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz