Zelenski Ukraynada hərbi vəziyyət rejimini uzatdı


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada ümumi səfərbərlk və hərbi vəziyyət rejiminin daha 90 gün uzadılması ilə bağlı qanun layihələrini imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müvafiq fərmanlar Ukrayna Prezidentinin saytında dərc edilib.
Bununla da, Ukraynada ümumi səfərbərlk və hərbi vəziyyət rejimi 21-ci dəfə uzadılıb.
Rejim ölkədə 29 yanvar 2027-ci ilə qədər qüvvədə qalacaq.
Qeyd edək ki, bundan əvvəl Ali Rada Ukraynada ümumi səfərbərlk və hərbi vəziyyət rejiminin 90 gün müddətinə uzadılması ilə bağlı qərar qəbul etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top