Ermənistanda məhbus məhkəmə binasından qaçıb


Ermənistanın Armavir vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsinin Armavir şəhərində yerləşən binasından məhbus qaçıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hetq” nəşri məlumat yayıb.
Bildirilir ki, “Armavir” cəzaçəkmə müəssisəsində saxlanılan H. E. adlı məhbus hakim Gevorq Manukyanın icraatında olan cinayət işi üzrə məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilib.
Məlumata görə, hazırda Armavirdə polis gücləndirilmiş rejimdə xidmət aparır. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan hadisəni təsdiqləyib və məhbusun tapılması üçün tədbirlərin görüldüyünü bildirib.
Hadisənin təfərrüatları araşdırılır. Qeyd olunur ki, polis şəhərin girişlərini bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top