Kurtua qrip səbəbindən “Barselona” ilə oyunu buraxacaq


“Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua qripə yoluxduğu üçün İspaniya çempionatının 10-cu turu çərçivəsində “Barselona”ya qarşı səfər oyununda iştirak edə bilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
34 yaşlı Kurtua 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. O, Madrid klubunun heyətində üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və İspaniya Superkubokunun qalibi olub.
Karyerası ərzində belçikalı qapıçı ölkəsinin “Genk”, İngiltərənin “Çelsi” və İspaniyanın “Atletiko Madrid” klublarında da çıxış edib.
Kurtua Belçika millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medalını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top