“Həzi Aslanov”dakı təmir yekunlaşdı


Metronun “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.
Qeyd olunub ki, layihəyə uyğun qaydada, ümumi uzunluğu 1 000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top