
Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, iclasda Müşahidə Şurasının qərarına əsasən, Mərdanov Arif Fərman oğlu QSC-nin icraçı direktoru təyin edilib.
Qeyd edək ki, A.Mərdanov 1970-ci ildə Bakıda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
“SOCAR”da idarə rəisi vəzifəsində çalışıb.
Müxtəlif zamanlarda Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı birliklərinin sədri olub. TƏBİB-in Müşahidə Şurasının üzvü seçilib.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Tərəqqi” medalına layiq görülüb.
Ailəlidir, 3 övladı var.
Tətbiqimizi yükləyə bilərsiniz