
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq üçün yenidən Rusiyaya yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, onun səfəri Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən bir gün sonra baş tutacaq:
“Zelenski görüş zamanı Uitkoffun Rusiya hakimiyyətinə çatdırmalı olduğu bir sıra yeni təkliflər təqdim edib”.
Qeyd edək ki, çərşənbə axşamı Zelenski Osloda Uitkoffla danışıqlar aparıb. Görüşdə Norveçin Baş naziri Yonas Qar Styore və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak ediblər. Trampın digər xüsusi elçisi və kürəkəni Cared Kuşner isə sammitə videobağlantı vasitəsilə qoşulub.
“Biz sülhə necə nail olmaq barədə bir sıra konkret ideyalara malikik. Bu səylərdə avropalı tərəfdaşlarımızla vahid mövqedəyik”, – deyə Zelenski Osloda keçirilən danışıqlardan sonra mətbuat konfransında bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz